Bu il doğulan uşaqlara ən çox verilən ADLAR

Azərbaycanda yeni doğulan uşaqlara qoyulan adların statistikası ilə bağlı ən son məlumat açıqlanıb.

Referans Media bildirir ki, Modern.az-ın Ədliyyə Nazirliyindən əldə etdiyi məlumata görə, 2026-cı ilin geridə qalan dövründə doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub. Bu ad 760 uşağa verilib.

Statistikaya əsasən, oğlan adları sırasında sonrakı yerləri Raul (536), Hüseyn (465), Əli (462), Yusif (379), Murad (314), Ömər (313) tutur.

Bu il qız uşaqlarına ən çox Melisa adı verilib – 512.

Qız uşaqlarına ən çox qoyulan digər adlar belə sıralanır: İnci (484), Məryəm (473), Aylin (472), Nilay (444), Zəhra (426), Ayla (419), Zeynəb (384).


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki