Fiziki şəxslərin Azərbaycandan xaricə nərə cinsli balıq və onun kürüsünü gömrük ödənişləri etmədən aparması ilə bağlı miqdar məhdudiyyəti var.
Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı Günel Məmmədova bu məsələ ilə bağlı vətəndaşların sualını cavablandırıb.
Belə ki, bir nəfər Azərbaycan Respublikasının gömrük ərazisindən 5 kiloqrama qədər nərə cinsli balıq apara bilər.
Bununla yanaşı, balıq kürüsünün aparılmasına da icazə verilir. Bu halda icazə verilən maksimal miqdar 125 qram təşkil edir. Qeyd olunan limitlər gömrük ödənişləri edilmədən ölkədən çıxarılan məhsullara aiddir.Məhdudiyyət həm balığın, həm də onun kürüsünün miqdarını əhatə edir.Vətəndaşlar bu imkandan hər təqvim ayı ərzində yalnız bir dəfə yararlana bilərlər.
Beləliklə, aylıq limitə əsasən, fiziki şəxslər gömrük ödənişləri etmədən ölkədən 5 kiloqram nərə balığı və 125 qram nərə kürüsü çıxara bilərlər.
