“Real Madrid” səfərdə rəqibini darmadağın etdi: Arda Gülərdən möhtəşəm assist - VİDEO

"Real Madrid" klubu İspaniya çempionatının XI turunda səfərdə Santanderin "Rasinq" komandasını darmadağın edib.
Referans Media xəbər verir ki, "El-Sardinero" stadionunda keçirilən qarşılaşma Madrid təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Real"ın hücumçusu Kilian Mbappe 11-ci dəqiqədə penaltidən hesabı açıb. Cəmi 10 dəqiqə sonra Arda Gülərin ötürməsindən sonra Cud Bellinqem komandasının üstünlüyünü iki topa çatdırıb. Matçda son nöqtəni isə 36-cı dəqiqədə Yan Diomande qoyub.
Bu qələbədən sonra "Real" 27 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb. Madrid klubu lider "Barselona"dan 3 xal geri qalır.
1 noyabr
Rasinq – Real 0:3
Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki