Veteranlara verilən məbləğlər yenilənəcək – Gələcək planlar açıqlanıb

Azərbaycan sosial dövlət prinsipinə əsaslanır və dövlət büdcəsində sosial sahəyə ayrılan maliyyə dünya statistik göstəricilərinə görə yüksək səviyyədədir. Veteranlara verilən 80 manatlıq təqaüd zaman-zaman müzakirə olunur, lakin bu məsələ dövlətin diqqətindədir. İqtisadi imkanlar artdıqca büdcədə sosial sahələrə ayrılan vəsaitlərin artırılması gözlənilir. Bu, həm əmək haqlarına, həm pensiyalara, həm minimum əmək haqqı və minimum pensiyaya, həm də digər sosial ödənişlərə aiddir.

Məsələ ilə bağlı Referans Media-ya açıqlama verən deputat Vüqar İsgəndərov bildirib ki, dövlətin sosial sahəyə dəstək alətlərinin gücləndirilməsi vətəndaşların yüksək səviyyədə rifahının təmin olunmasına xidmət edir. O qeyd edib ki, təqaüdlər, şəhid ailələrinə, qazilərə və veteranlara ayrılan vəsaitlər zaman-zaman yenilənərək artırılacaq. Deputat vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyeva sosial siyasət sahəsində həssas təbəqələrə – şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqətlə nümunə olurlar. Vüqar İsgəndərov əlavə edib ki, gələcəkdə bütün sahələrdə sosial dəstək alətləri artırılacaq və həssas təbəqələrin aylıq ödənişlərinin məbləğləri də zamanla yüksələcək.

Gülnaz Abdullazadə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki