Xərçəng xəstələrinə ŞAD XƏBƏR: Möcüzəvi dərman sınaqdan KEÇDİ

İlkin və metastatik qaraciyər xərçənginin müalicəsi üçün nəzərdə tutulan Rusiyanın "Hepatoren-MRNC" preparatı klinik sınaqların birinci və ikinci fazalarını uğurla başa vurub.

Referans Media  xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin baş onkoloqu Andrey Kaprin Rusiya kütləvi informasiya vasitələrinə açıqlamasında bildirib.

Baş onkoloqun sözlərinə görə, dünyada analoqu olmayan bu preparat radioaktiv renium-188 (188Re) izotopu ilə nişanlanmış albumin sferaları əsasında hazırlanıb.

Andrey Kaprin mövzu ilə bağlı deyib: "Dünyada analoqu olmayan innovativ "Hepatoren-MRNC" preparatının I və II faza klinik tədqiqatlarını yekunlaşdırdıq. 188Re ilə nişanlanmış albumin sferalarına əsaslanan bu dərman qaraciyərin ilkin və metastatik xərçəngindən əziyyət çəkən pasiyentlərin müalicəsi üçün nəzərdə tutulub".

Bu innovativ preparat Rusiya nüvə təbabətinin imkanlarının genişləndirilməsi çərçivəsində ərsəyə gətirilib. Onkoloq qeyd edib ki, 2021-ci ildə Rusiya Səhiyyə Nazirliyinin Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin bazasında radiofarmasevtik vasitələrin istehsalı üçün ölkədə ilk nüvə apteki fəaliyyətə başlayıb.

Hazırda həmin müəssisədə onkoloji və bir sıra digər ağır xəstəliklərin müalicəsində istifadə olunan lutesium-177, renium-188 və aktinium-225 əsaslı preparatlar buraxılır.

Xatırladaq ki, bundan əvvəl Rusiya Səhiyyə Nazirliyi təsiredici maddəsi nimotuzumab olan "Nimolansim" preparatını da qeydiyyata alıb. Bu dərman böyüklərdə qida borusu, baş və boyun şişləri, həmçinin baş beynin bəzi bədxassəli törəmələrinin müalicəsində tətbiq edilir./Musavat.com/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki