Rusiyanın Qamaleeya adına Epidemiologiya və Mikrobiologiya Elmi-Tədqiqat Mərkəzinin direktoru, akademik Aleksandr
Gintsburq mətbuata bildirib ki. Rusiyada xərçəngə qarşı ilk peyvəndin eksperimental tətbiqinə başlanır.
Onun sözlərinə görə, Rusiyanın Səhiyyə Nazirliyi ilə razılaşdırılmış plana əsasən, neoantigenlərə əsaslanan xərçəng əleyhinə
peyvənd ilkin mərhələdə melanoma (dəri xərçəngi) diaqnozu qoyulmuş məhdud sayda xəstələr üzərində sınaqdan keçiriləcək
“Yaxın aylarda bu eksperimental vaksinoloji yanaşmanın tətbiqinə başlayacağıq. Hazırda yalnız istehsal mərhələsindəyik.
Peyvəndləri biz hazırlayırıq, amma onları Herzen adına Onkologiya İnstitutuna və Bloxin adına Onkologiya Elmi Mərkəzinə
çatdıracağıq”.
Qeyd edilir ki, bu yeni peyvənd şəxsi immun cavab əsasında hazırlanır və hər bir xəstənin genetik xüsusiyyətlərinə uyğun olaraq
fərdiləşdirilir. Yəni bu, klassik universal vaksinlərdən fərqli olaraq, xüsusi “neoantigenlərə” əsaslanan fərdi yanaşma ilə yaradılıb.
Akademik Gintsburq onu da əlavə edib ki, bu yanaşma təkcə Rusiyada deyil, beynəlxalq elmi dairələrdə də ciddi maraq
doğurub:
“Biz bu mövzu ilə bağlı onlarla məktub almışıq – müxtəlif ölkələrdən olan onkoloqlar və tədqiqatçılar layihə ilə maraqlanırlar. Bu
da göstərir ki, yeni vaksinin tətbiqi gələcəkdə beynəlxalq miqyasda genişlənə bilər”.
Bəs bu iddialar nə qədər rellığa söykənir?
Mövzu ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən onkoloq Asif Abbasov deyir ki, bu ilk belə hadisə deyil:
Xərçəngi erkən mərhələdə aşkarlamaq mümkün olacaq?
“Bundan əvvəl Kubada xərçəngə qarşı peyvəndin hazırlandığı xəbəri yayılmışdı.
Bu xəbər böyük ajiotaj yaratmışdı. Rusiyada da anoloji vaksinin hazırlanması bu mənada heç də yeni xəbər deyil.
Nəzərə alaq ki, Kubada hazırlanan vaksin haqqında çox danışılsa da, sonrakı mərhələdə hansısa bir effekti barədə heç nə deyilmədi.
Bu mənada Rusiyada hazırlanan peyvəndin effektiv olması barədə nəsə demək çətindir”./Bizim.media