Yasamal rayonunda qadınların onkoloji müayinəsi təşkil olunub - Fotolar

Milli Onkoloji Mərkəzinin “Qadın dünyası” şöbəsi və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yasamal rayonunda çalışan qadınların onkoloji müayinəsi məqsədilə tibbi-sosial aksiya keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiyada qadın sağlamlığı çərçivəsində həm ginekoloji-kliniki müayinə, süd vəzi ultrasəs müayinəsi, həm də süd vəzi mütəxəssisinin kliniki müayinəsi aparılıb.

Aksiya çərçivəsində çalışan qadınlar müayinə olunublar. Məlumdur ki, dünyada, o cümlədən respublikamızda onkoloji xəstəliklər arasında süd vəzi xərçəngi öncül sıralardan birini tutur. Məqsədimiz bu onkoloji xəstəliyin vaxtında aşkarlanmasıdır.

Bu gün dünyada qadınların bir hissəsinin tibb müəssisələrinə vaxtında müraciət edib müayinədən keçməməsi səbəbindən, sonradan aşkarlanan xəstəliklər onların həyatı və sağlamlığı üçün böyük problemlər yaradır. Bu nöqteyi-nəzərdən bugünkü aksiya qadınların sağlamlığı üçün çox mühüm əhəmiyyət kəsb edir. Aksiyanın təşkili ictimaiyyət üçün də mühüm mesajdır. Vətəndaşlar, xüsusilə də qadınlar bilməlidirlər ki, öz işlərinə vaxt ayırarkən, sağlamlıqlarını da düşünməli, geri plana atmamalıdırlar.

Aksiyada 400-ə yaxın Yasamal rayonunda çalışan qadın iştirak etdi.

Bu aksiyanın davamlı şəkildə keçirilməsi nəzərdə tutulur.







  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki