Lökbatanda təhlükə saçan moped sürücüsü saxlanıldı

Paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində moped sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair sosial şəbəkələrdə yayılan görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.

Referans Media BAKU.WS-ə istinadən xəbər verir ki, keçirilən tədbirlərlə ikitəkərli nəqliyyat vasitəsini idarə edən T.Məhərrəmli müəyyən olunaraq saxlanılıb və onun barəsində qanunamüvafiq tədbir görülüb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki