Məktəb direktoru olmaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

Dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqəyə 3 mindən çox müraciət edilib.

Referans Media  xəbər verir ki, bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, 29 iyun-8 iyul tarixlərini əhatə edən ərizə qəbulu mərhələsində müsabiqədə iştirak üçün ümumilikdə 3 080 müraciət qeydə alınıb.

Qeyd edək ki, direktorların işə qəbulu prosesi müsabiqə yolu ilə həyata keçirilir. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılır. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunurlar.

Müsahibə zamanı namizədlər liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqlar üzrə qiymətləndirilirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki