Referans Media xəbər verir ki, şəxsi həyatından danışan ifaçı açıqlamaları ilə diqqət çəkib. O, bildirib ki, övladının ikinci evliliyindən dünyaya gəlməsini daha doğru hesab edir və bununla bağlı fikirlərini açıq şəkildə ifadə edib.
Aysun qeyd edib ki, ilk evliliyindən övladı olsaydı, bu qərardan peşman ola bilərdi. Müğənni həmçinin övladının atası ilə bağlı fikirlərini bölüşərək, onun yaxşı ata olmasa da, genetik faktorların önəmli olduğunu vurğulayıb.
İfaçı əlavə edib ki, övladının savadlı və ziyalı ailədən gəlməsi onun gələcəkdə tərbiyəli, bilikli və düzgün formalaşmasına müsbət təsir edəcək. Onun bu sözləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. (Milli.Az)






















