Bu gün saat 11:30 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
Bu barədə Referans Media-ya “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.























