Zaur Rzayevin vəziyyəti kritik-ağırdır

Xalq artisti Zaur Rzayevin son vəziyyəti məlum olub.

Referans Media xəbər verir ki, bu barədə APA-ya Mərkəzi Neftçilər Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, reanimasiya şöbəsində müalicəsi davam etdirilən 74 yaşlı Zaur Rzayevin vəziyyəti kritik-ağır qiymətləndirilir.

Qeyd edək ki, oktyabrın 14-ü onun vəziyyəti pisləşib və dərhal xəstəxanaya yerləşdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki