2026-cı il astroloji təsirlərin daha sərt hiss oluna biləcəyi bir dövr kimi dəyərləndirilir. Saturn və Rahunun səma mövqeyi bəzi bürclər üçün sağlamlıq, maliyyə və münasibətlər sahəsində əlavə ehtiyatlı olmağı tələb edən proseslərə işarə edir. Mütəxəssislərin fikrincə, bu il ani qərarlar, diqqətdən yayınan detalllar və təxirə salınan məsuliyyətlər gözlənilməz nəticələr doğura bilər. Buna görə də riskləri düzgün dəyərləndirmək və balanslı addımlar atmaq hər zamankindən daha vacibdir.
Qoç bürcü
Qoçlar üçün 2026 Mars və Saturn arasındakı gərgin təsirlərin ön plana çıxdığı il ola bilər. Bu vəziyyət iş mühitində rəqabəti artıra, tələsik verilən qərarlar isə maliyyə itkilərinə səbəb ola bilər. Daxili narahatlıq yuxu rejiminə, həzm sisteminə və ümumi həyat balansına mənfi təsir göstərə bilər. Xüsusilə səyahət və investisiya məsələlərində diqqətli olmaq tövsiyə edilir. Gündəlik nəfəs məşqləri və sakitləşdirici vərdişlər il boyu tarazlığı qorumağa kömək edə bilər.
Xərçəng bürcü
Xərçənglər bu il emosional dalğalanmalarla üzləşə bilərlər. Ailə daxilində gərginliklər, gözlənilməz xərclər və karyerada irəliləyişin ləngiməsi diqqət çəkə bilər. Ayın Rahu təsiri altında olması ruh halında ani dəyişikliklərə və evlə bağlı əlavə xərclərə işarə edir. Bu dövrdə emosional reaksiyalar əvəzinə daha nəzarətli və düşünülmüş addımlar atmaq uzunmüddətli rahatlıq gətirə bilər.
Tərəzi bürcü
Tərəzilər üçün 2026 münasibətlər və ortaq işlər baxımından sınaq ili ola bilər. Veneranın geri hərəkəti evlilikdə və ya iş tərəfdaşlıqlarında qərarsızlıqları, hətta hüquqi məsələləri gündəmə gətirə bilər. Eyni zamanda stresslə bağlı sağlamlıq problemləri, xüsusilə böyrəklər və bel nahiyəsində həssaslıq yarana bilər. Bu il balanslı münasibətlər qurmaq və aydın qərarlar vermək əsas rol oynayacaq.
Oğlaq bürcü
Oğlaqlar Saturnun güclü təsiri ilə həddindən artıq işləməyə və özünə qapanmağa meyilli ola bilərlər. İntizam tələb edən bu dövr düzgün idarə olunmadıqda tükənmişlik hissinə, karyera əngəllərinə və sümük–oynaq problemlərinə yol aça bilər. İş tempini tarazlamaq və fiziki sağlamlığı diqqətdən kənarda qoymamaq 2026-cı ili daha sağlam və rahat keçirməyə kömək edəcək.
Gülnaz Abdullazadə.























