Referans Media xatırladır ki, 1973-cü ildən başlayaraq hər il noyabrın 21-i Beynəlxalq salamlaşma günü kimi qeyd olunur. Bu günü iki amerikalı qardaş-Maykl və Brayn Makkomak təsis edib. Beynəlxalq salamlaşma günü soyuq müharibənin ən qaynar çağında təsis olunub. Qardaşlar bu yolla beynəlxalq aləmdəki gərginliyə qarşı çıxış ediblər. O zaman bu ideya dünya ictimaiyyətinin xoşuna gəldiyindən bir çox ölkələrdə onu müsbət qarşılayıblar.
Beynəlxalq salamlaşma gününün qaydalarına görə, həmin gün hər kəs qarşısına çıxan şəxsə onu tanıyıb-tanımamağından asılı olmayaraq salam verə bilər. Avropadan fərqli olaraq Azərbaycanda əhali Beynəlxalq salamlaşma günü barədə az məlumatlıdır. Amma məsələn, paytaxt Bakıda bu günü qeyd edənlər az da olsa var.
Bünyamin Bünyadzadə
Referans MEDİA





















