Tanınmış jurnalist BU VƏZİFƏYƏ təyin olundu - FOTO

Jurnalist Aysel Aslanqızı peşəkar fəaliyyətində yeni mərhələyə qədəm qoyub.


Referans Media xəbər verir ki, onun sosial şəbəkə hesabında paylaşdığı məlumata görə, Qoşulmama Hərəkatına üzv dövlətlərin gənclərini bir araya gətirən beynəlxalq təşkilat olan NAMMO-da media və kommunikasiya məsələləri üzrə məsul şəxs kimi fəaliyyət göstərəcək.

Aysel Aslanqızı yeni vəzifəsində təşkilatın yerli və beynəlxalq media əlaqələrinin inkişafı, kommunikasiya strategiyasının gücləndirilməsi və fəaliyyətinin beynəlxalq auditoriyaya çatdırılması istiqamətində çalışacağını bildirib.


O, göstərilən etimadı doğruldacağına və üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirəcəyinə inandığını qeyd edib./NOCOMMENT.az/

Referansaz.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Xəbərlərimizi Google-da daha asan izləyin!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki