25 manatdan 510 manata qaldırıldı – Qərar

Azərbaycandan ixrac olunan vint, bolt və qaykaların gömrük tarifi 20 dəfə artırılacaq.

Referans Media  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun sentyabrın 22-də imzaladığı müvafiq qərar oktyabrın 23-də qüvvəyə minib.

Qərara əsasən, ölkədən ixrac olunan vint, bolt və qaykaların hər 1 000 kiloqramına görə gömrük tarifi 2029-cu ilin sonunadək 15 ABŞ dollarından (25,50 manat) 300 ABŞ dollarına (510 manat) qaldırılıb.

Tarif artımı 23.10.2026 – 31.12.2029-cu illər tarixini əhatə edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki