Ermənistan Hökumətinin rəhbər şəxslərindən ibarət heyət "TRIPP" infrastruktur layihəsinin icrasına başlamaq məqsədilə Zəngəzur (Sünik) vilayətinə səfər edib.
Referans Media xəbər verir ki, bu barədə Ermənistan Hökumətinin mətbuat xidməti rəsmi məlumat yayıb.
Məlumata əsasən, oktyabrın 21-də baş tutan səfərdə Baş nazirin müavini Mher Qriqoryan, ərazi idarəetmə və infrastrukturlar naziri Davit Xudatyan, Şəhərsalma Komitəsinin sədri Yeqiazar Vardanyan və digər məsul şəxslər iştirak ediblər.
Səfərin əsas qayəsi "TRIPP" infrastruktur layihələrinin layihələndirmə mərhələsinə start vermək, texniki-təşkilati məsələləri birbaşa yerində müzakirə etmək və işlərin gələcək gedişatını müəyyənləşdirmək olub.
