36 yaşlı qadın qətlə yetirildi, həyat yoldaşı saxlanıldı

  Goranboyda qətl hadisəsi baş verib.

Referans APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Hazırəhmədli kəndində qeydə alınıb.

Kənd sakini 1989-cu il təvəllüdlü İ.Tağıyeva bıçaqlanaraq qətlə yetirilib.

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində İ. Tağıyevanı kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, həyat yoldaşı 38 yaşlı Maşallah Əliyev saxlanılıb. Araşdırmalar davam etdirilir.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki