500 manatlıq əskinaslar dövriyyəyə buraxılacaq? - RƏSMİ

Azərbaycanda yeni nominalda əskinasların dövriyyəyə buraxılması 2030-cu ilə qədər proqnozlaşdırılmır.

Referans Media  xəbər verir ki, bu barədə Mərkəzi Bankda keçirilən mətbuat konfransında modern.az-ın sualını cavablandırarkən bankın İdarə Heyətinin sədri Taleh Kazımov açıqlama verib.

O qeyd edib ki, mövcud proqnozlara əsasən, yeni əskinasların, xüsusilə 500 manatlıq əskinasın dövriyyəyə buraxılması planlaşdırılmır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki