“Fənərbaxça”da İsmail Kartal dövrü başa çatdı - RƏSMİ

İstanbul derbisində “Qalatasaray”a uduzan (1:2) “Fənərbaxça” baş məşqçi İsmail Kartalla yollarını ayırıb.

Referans Media xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub rəhbərliyi 65 yaşlı mütəxəssisin istefasını qəbul edib.

Qeyd edək ki, İsmail Kartal mövsümün əvvəlində “Fənərbaxça”nın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda Super Liqada 9 turdan sonra 16 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb./Publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki