Bir zamanlar “Brangelina” deyəndə hər kəsin ağlına böyük bir sevgi hekayəsi gəlirdi. Gözəl bir qadın və olduqca yaraşıqlı bir kişi… Onların xoşbəxt ailəsi, üçü bioloji, üçü övladlığa götürülmüş olmaqla altı uşaqları var idi.
Son səkkiz ildə isə vəziyyət tam əksinə dəyişdi. Artıq onların adları belə “Brangelina” deyil. Böyük sevgiləri böyük bir düşmənçiliyə çevrilən Ancelina Coli və Bred Pittdən söhbət gedir.
Tam səkkiz il – yəni evliliklərindən də uzun sürən çətin boşanma prosesi – ötən il rəsmi olaraq başa çatdı.
Amma aralarındakı gərginlik heç cür bitmək bilmədi. Altı uşağın hamısı analarının tərəfində yer aldı və Pittə arxa çevirdi. Bu arada Bred Pitt özündən xeyli gənc olan İnes de Ramon ilə münasibət qurdu və bu əlaqə hazırda olduqca yaxşı gedir.
Yolları yenidən kəsişir Görünür, Ancelina Coli və Bred Pitt nə etsələr də, tale onları bir şəkildə yenidən qarşılaşdırır. Keçmiş cütlüyə yaxın mənbələr bildirir ki, onların yolları bu dəfə Böyük Britaniyanın paytaxtı Londonda kəsişəcək.























