ABŞ-ın paytaxtı Vaşinqtonda Ağ Ev yaxınlığında silahlı hücum baş verib.

Məlumata görə, axşam saatlarında ərazidə çoxsaylı silah səsləri eşidilib. Hadisə yerinə dərhal ABŞ Gizli Xidməti və Federal Təhqiqat Bürosunun (FBI) əməkdaşları cəlb olunub.

Bildirilir ki, şübhəli şəxs 17-ci küçə ilə Pennsylvania prospektinin kəsişməsində çantasından silah çıxararaq atəş açmağa başlayıb. Bundan sonra təhlükəsizlik qüvvələri ona qarşı əməliyyat keçirib.

Ağır yaralanan hücumçu xəstəxanaya aparılsa da, həyatını itirib. Hadisə zamanı bir nəfərin də yüngül xəsarət aldığı, vəziyyətinin yaxşı olduğu açıqlanıb.

Silah səsləri eşidilən zaman ABŞ Prezidenti Donald Trumpın Ağ Evdə olduğu bildirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki