image-hormuz-iran-gemi900x600-1backend

ABŞ İran gəmilərinə atəş açdı – Tramp açıqlama yaydı

ABŞ Prezidenti Donald Tramp İran mediasının amerikalı hərbçilərin İran ticarət gəmisinə atəş açması ilə bağlı məlumatını təsdiqləyib.

“TOUSKA” adlı yük gəmisi bizim dəniz blokadamızı yarmağa cəhd etdi. Bu, onlar üçün uğursuzluqla nəticələndi. Gəmimiz onu yerindəcə dayandırdı və mühərrik bölməsində dəlik açdı… Gəmi tam nəzarətimiz altındadır və biz onun göyərtəsində nə olduğunu yoxlayırıq”, – Tramp qeyd edib.

****

ABŞ qüvvələri İran gəmisinə atəş açıb.

Referans Media xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ABŞ Hərbi Dəniz Qüvvələri İrana məxsus ticarət gəmisinə atəş açıb.

Bildirilir ki, insident gəmini limana qayıtmağa məcbur etmək və tətbiq olunmuş blokadanın pozulmasının qarşısını almaq məqsədilə baş verib.

Hadisənin detalları və mümkün nəticələri ilə bağlı əlavə məlumat verilməyib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki