image-netanyahu-mileiyi-israilin-en-buyuk-dostu-ilan-19765226_7412_ampbackend

Netanyahu Mileyni “İsrailin ən böyük dostu” elan etdi

Xavyer Mileynin İsrailə rəsmi səfəri iki ölkə arasındakı münasibətlərdə diqqət çəkən diplomatik görüşlə yadda qalıb.

Referans Media xəbər verir ki, Qüdsdə keçirilən görüş zamanı İsrailin Baş naziri Benyamin Netanyahu argentinalı lideri “İsrailin ən böyük dostu” adlandıraraq onu səmimi şəkildə qarşılayıb. İki liderin kameralar qarşısında bir-birini qucaqlaması və “dostum” deyə müraciət etməsi diqqət çəkib.

Baş nazirin ofisində keçirilən görüşdən əvvəl Netanyahu Mileyni qapıda səmimi şəkildə qarşılayıb. Liderlərin qucaqlaşdığı və gülərüz söhbət etdiyi anlar mediada geniş yayılıb.

Netanyahu Mileyə müraciətlə bildirib: “İsrailə xoş gəlmisiniz, Qüdsə xoş gəlmisiniz, Argentina Prezidenti Xavyer Miley, dostum və İsrail dövlətinin böyük dostu.”

O həmçinin əlavə edib ki, “azad dünya” da Xavyer Mileyə salam göndərməlidir.

Görüş zamanı iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi və regional problemlərə qarşı birgə mövqe nümayiş etdirmək məsələləri müzakirə olunub.

Netanyahu Argentina ilə münasibətlərin əhəmiyyətini vurğulayaraq bildirib: “İsrail və Argentina birlikdə dayanır və bu gün hər zamankından daha güclüdür.”

Miley isə İsrailə dəstəyinin tam olduğunu və səfərinin iki xalq arasında möhkəm dostluğun simvolu olduğunu qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki