Dünya futbolunun tanınmış mütəxəssislərindən olan Joze Mourinyunun yenidən İspaniyaya qayıtması gündəmdədir.
“Record” nəşrinin yaydığı məlumata görə, portuqaliyalı baş məşqçinin “Real Madrid”ə qayıtmaq ehtimalı klub daxilində ciddi şəkildə müzakirə olunur.
Prezident Florentino Peres Alvaro Arbeloanın gələcəyi ilə bağlı yaranan şübhələrdən sonra təcrübəli mütəxəssisin namizədliyini nəzərdən keçirir.
Mourinyunun özü də Madridə qayıtmağa müsbət yanaşır və hətta komandadan ayrılmasını asanlaşdıracaq müəyyən şərtlərə malikdir. Onun təcrübəsi, güclü xarakteri və “Kral Klubu”ndakı keçmiş uğurları yeni eranın rəhbəri kimi görülməsində əsas amillər hesab olunur./Fanat.Az























