image-real-madridde-ayriliga-izin-verildi_6efce270cd_ampbackend

“Real Madrid” gənc ulduzun ayrılığına icazə verdi

İspaniyanın nəhəng klubu “Real Madrid” gənc hücumçu Franko Mastantuono ilə bağlı yeni qərar qəbul edib.

Referans Media xəbər verir ki, Madrid klubu gənc futbolçunun inkişafını sürətləndirmək məqsədilə onun gələn mövsüm başqa komandada icarə əsasında çıxış etməsinə icazə verib.

İspaniyanın “AS” nəşrinin yaydığı xəbərə görə, cəmi 18 yaşı olan və böyük potensialı ilə diqqət çəkən Mastantuononun “Real Madrid”in ulduzlarla zəngin hücum xəttində kifayət qədər oyun praktikası qazanması çətin görünür.

Bu səbəbdən klubun məşqçi heyəti futbolçunun başqa komandada müntəzəm oynayaraq təcrübə toplamasını daha məqsədəuyğun hesab edir.

Bildirilir ki, klub rəhbərliyi Mastantuono ilə görüşərək ona belə deyib: “İnkişafın üçün oynamalısan. İstədiyin kluba gedə bilərsən.”

Gənc futbolçunun icarəyə verilməsi qərarından sonra xüsusilə La Liqanın orta səviyyəli klublarının və Premyer Liqa komandalarının oyunçu ilə maraqlanacağı gözlənilir.

“Real Madrid” rəhbərliyinin əsas şərti isə Mastantuononun müntəzəm olaraq start heyətində oynaya biləcəyi bir kluba getməsidir.

İndi isə gənc argentinalı istedadın hansı liqanı və komandanı seçəcəyi futbol ictimaiyyətində maraq doğurur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki