Masallıda qəza: Sürücüsü qadın olan "Chevrolet" dərəyə yuvarlandı - FOTO - VİDEO

Masallı rayonunda yol qəzası baş verib.

Referans Meedia xəbər verir ki, Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Yeni Ələt–Astara avtomobil yolunun Masallı rayonundan keçən hissəsində qeydə alınıb. 

Məlumata görə, paytaxt istiqamətində hərəkət edən "Chevrolet Cruze" markalı minik avtomobili naməlum səbəbdən sürücünün nəzarətindən çıxıb.

İdarəetmədən çıxan nəqliyyat vasitəsi yolboyu quraşdırılmış təhlükəsizlik səddini aşaraq yol kənarına düşüb və çevrilib.

Qəza nəticəsində avtomobili idarə edən qadın müxtəlif bədən xəsarətləri alıb. O, ilkin tibbi yardım göstərildikdən sonra Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki