12 avqustla bağlı narahatedici proqnoz: Dünyada nə baş verəcək?

Avqustun 12-də dünyada milyonlarla insan nadir astronomik hadisələrdən biri olan tam Günəş tutulmasını izləmək imkanı əldə edəcək. Belə tutulmalar Yer kürəsində orta hesabla hər 18 aydan bir baş versə də, onların tam fazası hər hansı konkret ərazidən çox nadir hallarda müşahidə olunur. Eyni məkandan tam Günəş tutulmasını yenidən izləmək üçün bəzən yüz illərlə gözləmək lazım gəlir.

Bəs Dünya həqiqətən bir neçə dəqiqəlik qaranlığa qərq olacaqmı? Avqustun 12-də hansı astronomik hadisələr gözlənilir?

Referans Media bildirir ki, “globalinfo.az”a danışan filologiya üzrə fəlsəfə doktoru Firudin Qurbansoy deyib ki, əslində bu, nadir hadisə deyil və ildə iki dəfə baş verir:

"Hər il həm Ay tutulması, həm də Günəş tutulması olur. Günəş tutulmasının da növləri var. Məsələn, tam tutulma və qismən tutulma olur. Tam tutulma da ayrıca bir hadisədir və bununla bağlı müəyyən rituallar var. İnsanlar o ritualları etsələr, əziyyət çəkməzlər. Çünki Günəşin şüaları, Günəşin enerjisi Yer kürəsinə az düşəndə şər qüvvələr aktivləşir. Həmin vaxt iblisə xidmət edənlər də öz rituallarını həyata keçirirlər".

F.Qurbansoy qorunma yollarını açıqlayıb:

"Ən azı iki rükət namaz qılmaq lazımdır. Sonra dəstəmaz alıb dua etsinlər, suyun üzərinə bildikləri surələri oxusunlar və onu asta-asta içsinlər. Bunlar insanın mənəvi baxımdan qorunmasına kömək edir".

Firudin Qurbansoyun sözlərinə görə, dünya qaranlığa qərq olmayacaq:

"Bəli, qaranlıq olması mümkündür. Amma bu, bütün dünyada baş vermir. Günəş tutulması Ayın Yer ilə Günəş arasına keçməsi nəticəsində baş verir. Ay Günəşlə Yer arasında olanda Günəş şüaları müəyyən ərazilərə düşmür və həmin məntəqələr qısa müddətə qaranlıq olur. Sonra Ay hərəkət etdikcə kölgə başqa ərazilərə keçir və qaranlıq da həmin yerlərdə müşahidə olunur".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki