ABŞ Rusiyanın sərhədinə bombardmançı təyyarələr göndərdibackend

ABŞ Rusiyanın sərhədinə bombardmançı təyyarələr göndərdi

  ABŞ Avropadakı müttəfiqləri ilə birgə təlimlər keçirmək üçün Rusiyanın sərhədinə yaxın Norveç ərazisinə üç ədəd səsdən sürətli B-1B Lancer bombardmançı təyyarəsini göndərib.

 
Referans   Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə informasiyanı ABŞ Hərbi Hava Qüvvələrinin Avropa Komandanlığının mətbuat xidməti yayıb.

 

Məlumata görə, təyyarələrin Norveçdə yerləşdirilməsi ekipajlara taktikanı təkmilləşdirmək, manevr imkanlarını artırmaq və NATO müttəfiqləri ilə koordinasiyanı gücləndirmək imkanı yaradacaq.

 

Bu isə birgə təlimlər və əməliyyatlar vasitəsilə döyüş qabiliyyətini və hazırlıq səviyyəsini yüksəldəcək.

 

Komandanlıq dəqiqləşdirib ki, Norveçdə pilotlar real döyüş şəraitinə yaxın vəziyyətdə zərbə missiyalarını icra edəcəklər. Buraya həm hava, həm də quru hədəflərinə qarşı real vaxt rejimində hərəkətlər daxildir.

 

Norveç Silahlı Qüvvələrinin məlumatına görə, amerikalı bombardmançılar Erlann hərbi hava bazasında yerləşən F-35 qırıcıları ilə birgə təlimlər keçəcək.

 

Təyyarələrin bölgəyə göndərilməsi xəbəri ABŞ sabiq prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüşünün 15 avqustda Alyaskada keçiriləcəyini elan etməsindən qısa müddət sonra yayılıb.

 

“Bloomberg”in vəziyyətlə tanış mənbələri bildiriblər ki, Vaşinqton və Moskva Ukraynadakı müharibəni dayandırmaq üçün razılaşmaya nail olmağa çalışır. Saziş Rusiyanın işğal nəticəsində ələ keçirdiyi ərazilərin ilhaqını rəsmiləşdirə bilər.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki