Abşerona leysan yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Qurumdan Referans Media-ya verilən məlumata görə, yaxın saatlarda Abşeron yarımadasının bəzi şəhərətrafı ərazilərində qısamüddətli leysan yağışla birlikdə dolu prosesinin olacağı ehtimal olunur.

Qeyd edək ki, iyunun 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki