ADY-dən ayrıldı, ASCO-ya keçdi

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də (ASCO) yeni təyinat olub.


Referans Media-ın məlumatına görə müvafiq əmrlə Şaiq Nəzərov ASCO-nun Təhlükəsizlik departamentinin rəis müavini vəzifəsinə təyin edilib.

O, bu təyinatadək “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Liman üzrə Videomüşahidə Mərkəzinin rəhbəri vəzifəsində fəaliyyət göstərib. Bu vəzifədə 2025-ci ilin avqustundan 2026-cı ilin sentyabrınadək çalışıb.

Ş.Nəzərov 2023-cü ilin fevralından 2025-ci ilin avqustunadək Bakı Limanında Patrul və Müşahidə Xidmətinin rəisi olub. O, 2022–2023-cü illərdə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsində təhlükəsizlik üzrə məsləhətçi vəzifəsində çalışıb./İqtisadiyyat.az/


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki