Süni intellekt daha bir peşəni yoxa çıxaracaq - Nə qədər ki, gec deyil...

Süni intellekt texnologiyalarının sürətli inkişafı dünya əmək bazarında yeni reallıqlar yaradır. Artıq bir sıra şirkətlər iş proseslərinin avtomatlaşdırılmasına üstünlük verir, insan əməyini əvəz edə bilən texnologiyalardan istifadə edir. Bu tendensiya bəzi peşələrə tələbatın azalması, işçi ixtisarları və gələcəkdə ixtisas seçimi ilə bağlı sualların artması ilə müşayiət olunur. Xüsusilə tərcümə, dizayn, operatorluq və müəyyən məlumatların emalı ilə bağlı sahələrdə çalışanları hansı dəyişikliklər gözləyir? Qarşıdakı illərdə hansı peşələr risk altında olacaq və abituriyentlər ixtisas seçərkən nələrə diqqət yetirməlidirlər?

Referans Media xəbır verir ki, mövzu ilə bağlı KONKRET.az-a danışan təhsil eksperti Elçin Əfəndi bildirib ki, yaxın beş il ərzində süni intellektin təsiri ilə bir sıra ixtisaslara tələbat əhəmiyyətli dərəcədə azala bilər.

Xarici və yerli təhsil arasındakı əsas fərqlər- Təhsil eksperti Elçin Əfəndi  | tehsil365.news

Ekspertin sözlərinə görə, bu istiqamətlər sırasında ilk növbədə tərcümə ilə bağlı ixtisaslar yer alır. O, operatorluq, müəyyən dərəcədə rejissorluq, bəstəkarlıq, musiqi və müğənnilik, eləcə də mobil operator xidmətləri sahələrində çalışanların da süni intellektin təsirini hiss edəcəyini düşünür.

Elçin Əfəndi qeyd edib ki, müəyyən məlumatların ötürülməsi və emalı ilə məşğul olan bank əməkdaşlarının fəaliyyəti də avtomatlaşdırma nəticəsində dəyişə bilər. Hüquqi məsləhət xidmətlərinin bəzi istiqamətləri və dizayn sahəsi də bu prosesdən təsirlənəcək. Pedaqoji ixtisaslarda isə süni intellektin təsirinin müəyyən səviyyədə özünü göstərəcəyi gözlənilir.

Ekspertin fikrincə, abituriyentlər gələcəkdə əmək bazarında rəqabət qabiliyyətlərini qorumaq üçün ixtisas seçiminə xüsusi diqqət yetirməlidirlər. O, informasiya texnologiyaları, kompüter elmləri, hüquq, tibb, stomatologiya və texniki peşə sahələrinə üstünlük verməyi tövsiyə edib.

Beləliklə, süni intellektin inkişafı yalnız mövcud peşələrin fəaliyyət formasını dəyişdirmir, həm də gələcək mütəxəssislərdən yeni bilik və bacarıqlar tələb edir. Bununla belə, sadalanan sahələrin tamamilə yox olacağı qəti deyil: bir çox peşədə insan əməyinin süni intellektlə əvəzlənməsindən daha çox, iş proseslərinin dəyişməsi və yeni bacarıqlara ehtiyacın yaranması gözlə

nilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki