image-ady9backend

ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır – VİDEO

ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşmaq üzrədir.

Referans Media xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bakı–Xırdalan–Sumqayıt xətti üzərində yerləşən dayanacaq turniket binaları, yerüstü keçid və 4 platforma ilə tezliklə sərnişinlərin xidmətində olacaq.

Dərnəgül dayanacağı sayəsində şəhərdaxili mobillikdə dəmiryol xəritəsi genişlənəcək, Abşeron dairəvi marşrutu üzrə sərnişindaşıma xidməti daha da əlçatan olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki