image-img-20260420-wa0062_-1backend

Ağcabədidə ağır qəza – Ölən və yaralananlar var

Ağcabədidə baş verən qəza zamanı 1 nəfər ölüb, 2 nəfər ağır xəsarət alıb.

Referans Media Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Hindarx qəsəbəsində baş verib.

Ağdam rayon sakini Gündüz Süleymanov idarə etdiyi “VAZ”2107 markalı avtomobillə hərəkətdə olarkən “KamAZ”markalı avtomobillə toqquşub.

Nəticədə sürücü G.Süleymanov hadisə yerində həyatını itirib.

Avtomobildə olan sərnişinlər Aysel Səlimova və Yalçın Əhmədov ağır xəsarətlər alıblar.

Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki