image-baki99-900x567-1backend

TƏCİLİ! Bakının mərkəzində İŞIQLAR SÖNDÜ – İşçilər EVƏ GÖNDƏRİLİR – NƏ BAŞ VERİR?

Bakının Nərimanov və Nəsimi rayonlarının mərkəzi hissələrində, xüsusilə “28 May” metrostansiyası ətrafında yerləşən bir neçə iri biznes mərkəzində və plazalarda elektrik enerjisinin verilişi qəfil kəsilib. Şəhərin işgüzar mərkəzlərində baş verən bu kütləvi kəsinti nəticəsində həmin binalardakı ofislərin, ticarət obyektlərinin və xidmət mərkəzlərinin fəaliyyəti tamamilə iflic olub.

Referans Media  xəbər verir ki, işıqların sönməsi səbəbindən iş prosesinin davam etdirilməsi qeyri-mümkün hala gəldiyi üçün plazalarda fəaliyyət göstərən şirkətlər əməkdaşlarını evə buraxmaq məcburiyyətində qalıblar. Hazırda ərazidəki plazaların əksəriyyətində iş günü vaxtından əvvəl başa çatıb. Enerji kəsintisinin texniki qəza, yoxsa planlı təmir işləri ilə bağlı olması barədə hələlik rəsmi qurumlar tərəfindən məlumat verilməyib./NOCOMMENT.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki