image-er-genbackend

Erməni general axtarışa verildi

Ermənistan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun keçmiş komandiri general-mayor Qriqori Xaçaturov barəsində axtarış orderi verilib.

Referans Media xəbər verir ki, bu barədə Ermənistan Baş Prokuqorluğu məlumat yayıb.

Prokurorluq bildirib ki, general-mayor barəsində artıq qiyabi həbs qətimkan tədbiri seçilib.

Keçmiş korpus komandiri vəzifə səlahiyyətlərində sui-istifadə və rüşvətxorluqda ittiham olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki