image-hormuz_bogazibackend

Fransa gəmisi Hörmüz boğazında vuruldu

Anadolu Xəbər Agentliyinin verdiyi məlumata görə, Fransanın CMA CGM gəmiçilik şirkətinə məxsus Everglade konteyner gəmisi Hörmüz boğazından keçərkən “xəbərdarlıq atəşi” nəticəsində zədələnib.

Referans Media  xəbər verir  ki,şirkət bildirib ki, gəmidəki bütün heyət üzvləri sağ-salamatdır və xəsarət almayıb. Gəmi hələ də işlək vəziyyətdədir və yalnız bəzi konteynerlər zədələnib.

18 apreldə İran ABŞ-ın dəniz blokadası qaldırıldıqdan sonra onu yenidən açacağına söz verərək Hörmüz boğazını yenidən bağlayıb.

İslam İnqilabı Keşikçiləri Korpusu Tehranın gəmilərin boğazdan keçməsini “düşmənlə əməkdaşlıq” hesab edəcəyini vurğulayıb.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki