Ağcabədi rayonunda iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media Trend-ə istinadla xəbər verir ki, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Hyundai” və VAZ-2107 markalı avtomobillər toqquşub.
Qəza nəticəsində VAZ-2107 markalı avtomobildə olan iki qardaş həyatını itirib.
Hazırda hadisənin təfərrüatları və ölən şəxslərin kimliyi dəqiqləşdirilir.
