Kəngərlidə ağır qəza: Ölən var

Kəngərlidə avtomobil qəzası olub.

Referans Media  “apa.az”a istinadla xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "Logan" markalı avtomobil yoldan çıxarıb aşıb. Qəza nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

Kəngərlidə ağır qəza: Ölən var




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki