Ağdərədən olan “qanuni oğru”nu taxtdan salan Gevorik HƏBS EDİLDİ

Ermənistanda kriminal aləmdə “Gevorik Oşakanski” kimi tanınan Gevork Melikyan həbs edilib.

Referans Media Musavat.com-a istinadən xəbər verir ki, bundan əvvəl “Zap” ləqəbli Andranik Soqoyan barəsində də iki aylıq həbs qətimkan tədbiri seçilib. Hər iki şəxs İrəvanda baş vermiş qarşıdurma ilə bağlı cinayət işi üzrə keçir.

Polisin məlumatına görə, hadisə ailə münaqişəsindən başlayıb. Gümrüdə qeydiyyatda olan 58 yaşlı “qanuni oğru” keçmiş kürəkəninin qızı ilə mübahisə etdiyini öyrəndikdən sonra Oşakanda yaşayan digər “qanuni oğru”ya – Gevork Melikyana müraciət edərək keçmiş kürəkənini “cəzalandırmağı” istəyib.

Bundan sonra Melikyan bir qrup şəxslə İrəvanın Hraçya Nersisyan küçəsinə gedib və orada qarşı tərəflə toqquşma baş verib. Keçmiş kürəkən isə daha sonra bir qrup şəxslə keçmiş qayınatasının olduğu İrəvan otellərindən birinə gedərək onunla haqq-hesab çəkməyə çalışıb. Polis hadisədən sonra Melikyan və Soqoyanı saxlayıb.

“Gevorik Oşakanski” kimdir?

Gevork Albertoviç Melikyan 6 iyul 1970-ci ildə Oşakanda anadan olub. Kriminal aləmdə doğulduğu yerə görə “Gevorik Oşakanski” ləqəbi ilə tanınıb. Kriminal aləmə dair ixtisaslaşmış “Prime Crime” bazasının məlumatına görə, Melikyan 1994-cü ildə İrəvanda, 23 yaşında “qanuni oğru” statusu alıb. Sonrakı illərdə onun adı Ermənistan və Rusiyada müxtəlif kriminal işlərdə dəfələrlə hallanıb.

Melikyanın Qarabağla bağlı diqqətçəkən kriminal epizodu da var. Söhbət Ağdərədə doğulmuş, kriminal aləmdə “Ayko Qarabağski” kimi tanınan Hayk Nikogosyandan gedir.

6a5dbbf9-11c0-4705-a124-6aa4d909ddb7.png (58 KB)

Nikogosyan 8 iyul 1963-cü ildə Ağdərədə anadan olub. Qarabağda müharibə başlayaraq Ağdərə döyüş bölgəsinə çevrildikdən sonra o, doğma şəhərini tərk edib. Kriminal bioqrafik mənbənin yazdığına görə, Nikogosyan silahlı dəstələrə qoşulmayıb, Rusiyaya gedərək Stavropol diyarında məskunlaşıb. Doğulduğu Qarabağ bölgəsinin adı isə onun kriminal ləqəbində qalıb – “Ayko Qarabağski”. O, Rusiyaya köçdükdən sonra, 1995-ci ildə “qanuni oğru” statusu alıb. Bu statusu verən şəxslər arasında “Rudik Bakinski” kimi tanınan Rudolf Oqanov da olub.

2003-cü ilin iyununda İrəvanda kriminal aləmin nüfuzlu nümayəndələrinin iştirakı ilə Ayko Qarabağskinin statusu mübahisələndirilib. Mənbəyə görə, onun “qanuni oğru” kimi tanınmamasında iştirak edən şəxslər arasında Gevorik Oşakanski də olub. Həmin qərarda “Ded Xasan” kimi tanınan Aslan Usoyan, “Zap” Andranik Soqoyan və başqa kriminal avtoritetlərin də adı göstərilir. Bundan sonra Ayko Qarabağski keçmiş “qanuni oğru” kimi təqdim olunmağa başlayıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki