image-avropa-birliyibackend

Aİ: Azadlıq və insan haqları bombalarla təmin edilə bilməz

Yaxın Şərqdə davam edən müharibə və artan beynəlxalq gərginlik fonunda Avropa İttifaqı rəsmiləri beynəlxalq hüququn və diplomatik həll yollarının vacibliyini vurğulayırlar.

Referans Media xəbər verir ki, Avropa İttifaqı Şurasının sədri António Costa bildirib ki, azadlıq və insan hüquqları hərbi güc yolu ilə təmin edilə bilməz və bu dəyərlərin qorunmasının yeganə yolu beynəlxalq hüquqdur.

O, bu fikirləri Brüsseldə keçirilən səfirlər konfransında çıxışı zamanı səsləndirib. Costa qeyd edib ki, güc siyasətinin beynəlxalq hüququ əvəz etdiyi bir dünya qəbuledilməzdir və çoxqütblü dünyada problemlər yalnız çoxtərəfli əməkdaşlıq yolu ilə həll edilə bilər.

Onun sözlərinə görə, Yaxın Şərqdə artan gərginlik region, Avropa və dünya üçün ciddi təhlükə yaradır. Costa vurğulayıb ki, mülki şəxslərin qorunması, nüvə təhlükəsizliyi və beynəlxalq hüquqa hörmət həyati əhəmiyyət daşıyır.

Aİ rəsmisi əlavə edib ki, dünyada artan gərginliklərdən ən çox faydalanan tərəf Rusiya olur. Onun fikrincə, enerji qiymətlərinin yüksəlməsi Rusiyanın müharibəni maliyyələşdirməsi üçün əlavə imkanlar yaradır.

Costa həmçinin bildirib ki, beynəlxalq problemlərin həllində Birləşmiş Millətlər Təşkilatı əsas platforma olaraq qalmalıdır və onun yerini başqa qurum əvəz edə bilməz.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki