Avropa İttifaqı regional nəqliyyat əlaqələrini inkişaf etdirmək və Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirmək məqsədilə, Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər strateji yol marşrutlarının hazırlanmasında İrəvana kömək edəcək.
Referans Media xəbər verir ki, anlaşma memorandumu Avropa Komissiyası, Avropa İnvestisiya Bankı (EIB) və Ermənistan Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi tərəfindən Brüsseldə keçirilən "Əlaqə Gündəliyi üçün Platformalar" adlı yüksək səviyyəli tədbirdə imzalanıb.
Təşəbbüs sərhəd keçid məntəqələrini Ermənistanın yol şəbəkəsi ilə birləşdirəcək strateji Axurik-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 212 km) və Marqara-Kayan (Azərbaycanla sərhəddən Türkiyə ilə sərhədə qədər 258 km) yol marşrutlarının inkişafına dəstək daxildir.

"Birinci mərhələdə Avropa İnvestisiya Bankı bu yol layihələri üçün zəruri tədqiqatların əhatə dairəsinin müəyyənləşdirilməsində və mümkün həllər hazırlanmasında məsləhət dəstəyi göstərəcək. Layihələr Ermənistan hökumətinin "Kəsişmə Yolları" təşəbbüsü çərçivəsində həyata keçirilir və regional nəqliyyat əlaqələrinin inkişafını asanlaşdırmağa, Ermənistanın etibarlı nəqliyyat və logistika mərkəzi kimi rolunu gücləndirməyə və Avropa Birliyinin nəqliyyat infrastrukturunun inkişafı proqramını təşviq etməyə yönəlib", - Ermənistan Nəqliyyat və Kommunikasiya Nazirliyi bildirib.
Sənəd Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyanın Brüsselə səfəri zamanı imzalanıb.
O, əvvəllər Aİ-nin Genişlənmə üzrə Komissarı Marta Kosla nəqliyyat və enerji sektorlarında davam edən proqramları müzakirə edib.
İyun ayında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen Aİ-nin "regional əlaqələr bərpa olunduqca Ermənistanın infrastrukturunu və sərhəd keçidlərini dəstəkləməyə" hazır olduğunu bildirib.
Xudatyan Brüsseldə Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu ilə görüşüb və regional nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi və dəmir yolu və avtomobil əlaqələrinin yenidən açılması imkanlarını müzakirə edib./“Yeni Sabah”