Aliçe Mina və Vladimiro Selvadan İlham Əliyevə MƏKTUB

San-Marino Respublikasının Regent Kapitanları Aliçe Mina və Vladimiro Selva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar.

Referans Media xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Sizə və dost Azərbaycan xalqına ölkənizin Müstəqillik Günü münasibətilə San-Marino xalqı adından və öz adımızdan təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq.

Bu əlamətdar gündə Zati-alinizə müvəffəqiyyətlər, bütün Azərbaycan xalqına firavanlıq və rifah dolu gələcək arzulayırıq".


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki