Apple bu il fərqlilik edəcək.
İos 18-dən birbaşa 26-ya keçid edən Apple iOS 26 yeniləməsi ilə iPhone XR, XS və XS Max modellərinə dəstəyi dayandıracaq.
9 iyun 2025-ci ildə təqdim olunacaq iOS 26 əməliyyat sistemi bir sıra yeniliklərlə gələcək, lakin Apple bəzi köhnə modellərə bu yeniləməni təqdim etməyəcək. Şirkət A12 Bionic prosessorlu iPhone XR, iPhone XS və iPhone XS Max modellərinə 7 ildən sonra dəstəyi kəsəcək.
Yeniləməni alacaq modellər arasında iPhone 11 və daha yeni seriyalar, həmçinin iPhone SE-nin 2-ci və 3-cü nəsil versiyaları yer alacaq. iOS 26-nın son versiyasının isə sentyabr ayında iPhone 17 seriyası ilə birlikdə yayımlanacağı gözlənilir.//milli.az