Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi Marsın peyki olan Fobosa enərək oradan torpaq nümunələri gətirməyi hədəfləyən MMX kosmik aparatını uğurla orbitə göndərib.
Referans Media xəbər verir ki, MMX aparatı Zond Taneqaşima Kosmik Mərkəzindən H3 ağır qaldırıcı raketi ilə buraxılıb. "JAXA" buraxılışı canlı yayımlayıb.
Missiyanın əsas məqsədi Marsın ən böyük peyki olan Fobosun səthinə enərək torpaq nümunələri toplamaqdır. Layihə uğurla başa çatacağı təqdirdə, MMX bu vəzifəni yerinə yetirən ilk kosmik aparat kimi tarixə düşəcək.
Plana əsasən, kosmik aparat 2031-ci ildə Yerə qayıdacaq və topladığı torpaq nümunələrinin yerləşdirildiyi kapsulu Yerə endirəcək.
Yapon alimləri həmin nümunələri araşdırmaqla Fobosun və Marsın mənşəyi, eləcə də Günəş sisteminin formalaşması ilə bağlı yeni elmi məlumatlar əldə etməyi hədəfləyirlər.
