“Artıq qardaş deyilik” – Ermənistan Prezidentindən Rusiya AÇIQLAMASI

  Rusiya ilə münasibətlər artıq “kiçik qardaş-böyük qardaş” anlayışı ilə ölçülmür, əksinə tam tərəfdaşlıq prinsipləri əsasında qurulub.

Referans.az  xəbər verir ki, bunu Ermənistan Prezidenti Vaaqn Xaçaturyan “RTVI” telekanalına müsahibəsində bildirib.

“Hazırda Rusiya ilə münasibətlər tamamilə fərqlidir – tərəfdaşlıq münasibətləri. Rusiyanın Ermənistana münasibəti böyük və ya kiçik qardaş kimi deyil, sadəcə olaraq tərəfdaşlıq münasibətləridir. Biz son 4 ildə buna can atırıq”, – o qeyd edib.

 Xaçaturyan əlavə edib ki, Ermənistan iqtisadiyyatını şaxələndirməyə nail olub və ölkə Moskvanın erməni hakimiyyətinin müstəqil qərarlarını nəzərə alacağına ümid edir./globalinfo


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki