Müğənni Nura Suri ölkədə nağdsız ödənişlər və kartdan-karta pul köçürmələri ilə bağlı tətbiq olunan məhdudiyyətlərə etiraz edib.
Referans Media xəbər verir ki, sənətçi sosial şəbəkədə bunları yazıb:
“Əvvəl hamını nağdsız ödənişə keçirmək üçün şərait yaratdılar. İndi kartdan-karta köçürməyə limit qoyulub, aparatdan karta pul yatıranda komissiya tutulur. Ölkədə addım atırsan, ya faiz çıxır, ya da cərimə"./Axşam.az/
