Ata 2 yaşlı oğlunu döyüb, komaya saldı - Həbs olundu

Rusiya Federasiyasının Altay diyarında bədbəxt hadisə baş verib. 

Referans Media  Rusiya mətbuatına istinadən xəbər verir ki, Rubtsovsk sakini iki yaşlı oğluna ağır xəsarətlər yetirib.

Məlumata görə, uşağın ağlamasından əsəbiləşən 28 yaşlı ata  övladını zorla yerə yıxıb və başına bir neçə dəfə təpik vurub.

Ağır xəsarətlər alan zərərçəkən tibb müəssisəsinə yerləşdirilib və orada komaya düşüb.

Onun valideyninə qarşı Rusiya Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi, 105-ci maddəsinin 2-ci hissəsinin "c" bəndi ilə cinayət işi açılıb. Şübhəli hazırda həbsdədir və istintaq davam edir. 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki