Gecə saatlarında Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Referans Media bildirir ki, "Unikal"ın məlumatına görə, hadisə paytaxtın Abdulvahab Salamzadə küçəsində qeydə alınıb.
Belə ki, qəza törədən "Mercedes" markalı avtomobil yanmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
Yanğın söndürülüb.
