Xəbər verdiyimiz kimi, dünən sosial şəbəkələrdə psixoloq Ceyran Muradova ilə bağlı yayılan görüntülər cəmiyyətdə ciddi rezonans doğurub.
Videoda onun autizmli azyaşlı uşağa qarşı fiziki zorakılıq göstərdiyi görünür.
Referans Media bildirir ki, məsələ ilə bağlı Azərbaycanın Xalq şairi, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Vahid Əziz Ajans.az-a açıqlamasında hadisəni pisləyib.
O bildirib ki, belə halların qarşısının alınması və hadisə ilə bağlı müvafiq tədbirlərin görülməsi dövlətin aidiyyəti qurumlarının üzərinə düşür:
“Bu işlə rəsmi dövlət qurumları məşğul olmalıdır. Müzakirə nə verəcək ki? Təbii ki, çox pis haldır. Cəmiyyətimizə və hüquqi dövlətimizə yaraşan iş deyil. Tutaq ki, mən bu hadisəni pislədim, sonra nə olsun? İctimai qınama fayda verməz. Dövlət var, onun əlaqədar rəsmi tərbiyə edən və cəza verən orqanları var. Onlar tədbir görməlidirlər”.
